• 20:07 – Dövlət müəssisələri ilə bağlı vacib qərar 
  • 19:55 – Çin bu ölkə ilə 14 il sonra ilk dəfə hərbi təlim keçirir 
  • 19:25 – Türkiyə - Azərbaycan Arasında Mövcud Əlaqələrə Növbəti Töhfə 
  • 23:05 – Dünya okeanları təhlükə qarşısında: Qlobal ekoloji problemlər dərinləşir 

Zaqatalada reyd: 20 sürücü cərimələnib

Zaqatalada reyd: 20 sürücü cərimələnib

Zaqatalada yol polisləri tərəfindən dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi və barələrində qanuni tədbir görülməsi məqsədi ilə reydlər təşkil edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən reydlərdə piyada səkilərində, müəyyən edilməyən ərazilərdə və avtobus dayanacaqlarında avtomobillərini park edən sürücülər aşkarlanıb. Ümumilikdə sadalanan qayda pozuntularına yol verən 20 sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →