• 20:47 – İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir... 
  • 20:39 – İranla müharibə Trampın nəzarətindən çıxır - ABŞ-ı nələr gözləyir? 
  • 20:34 – İordaniyaya 35 raket və PUA ilə hücum edildi 
  • 20:31 – Rusiyadan ABŞ-a İranla bağlı gözlənilməz təklif... 

Sabah yağış yağacaq, külək əsəcək

Sabah yağış yağacaq, külək əsəcək

Sentyabrın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadasında gecə 18-20° isti, gündüz 23-26° isti, Bakıda gecə 18-20° isti, gündüz 23-25° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 70-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacaq.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →