• 22:57 – Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək 
  • 22:44 – Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? 
  • 22:38 – Zelenski təsdiqlədi: Rusiyaya qarşı 40 günlük əməliyyat... 
  • 22:20 – Qalibaf və Oman Sultanı Hörmüz boğazının idarə olunmasını müzakirə edəcəklər 

Azərbaycana xam şəkər daşıyan Gürcüstan dəmir yollarına məxsus 3 yük vaqonu aşıb

Azərbaycana xam şəkər daşıyan Gürcüstan dəmir yollarına məxsus 3 yük vaqonu aşıb

İyulun 9-u saat 20:30 radələrində dəmir yolunun Saatlı stansiyasının yaxınlığında hadisə baş verib.

Azərbaycan Dəmir Yollarından bildirilib ki, Qara dənizdən ölkəmizə xam şəkər daşıyan Gürcüstan dəmir yollarına məxsus 3 yük vaqonu aşıb.

İlkin ehtimala görə, hadisəyə vaqonlardan birində texniki nasazlıq (təkər cütü oxunun boynunun sınması) səbəb olub. Əraziyə "Azərbaycan Dəmir Yollar" QSC-nin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti cəlb edilib. Baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər icra olunur.
Qeyd edək ki, qəza zamanı həlak olan və ya xəsarət alan yoxdur. Dəmir yolu infrastrukturuna dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Yaxın saatlarda Saatlı-İmişli mənzilində qatarların hərəkəti bərpa olunacaq.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →