• 23:56 – Türkiyənin yeni raketi: 250 km uzaqlıqdakı hədəfi vurdu 
  • 19:44 – İran və Oman XİN rəhbərləri regionu müzakirə etdilər 
  • 19:38 – ELTƏN TÖRƏÇİDƏN GƏNCLƏRƏ ÇAĞIRIŞ 
  • 20:16 – Rusiya danışıqlar üçün şərt qoymur - Peskov 

Gəncə Şəhər Məhkəməsinə sədr, sədrin müavini və hakimlər təyin edildi

Gəncə Şəhər Məhkəməsinə sədr, sədrin müavini və hakimlər təyin edildi

Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin sədri, sədrinin müavini və hakimlərinin təyin edilməsi haqqında Sərəncam verib.

Sərəncamla Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib.

Tural Şəmsi oğlu Qocayev Gəncə Şəhər Məhkəməsinin hakimi və sədrinin müavini təyin edilib.

Mustafa Əli oğlu Mustafayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi təyin edilib.

Aşağıdakı hakimlər Gəncə Şəhər Məhkəməsinin hakimləri təyin ediliblər:

Hüseynov Kənan Zakir oğlu

Hüseynov Zaur Nazim oğlu

İmanov Zaman Şakir oğlu

Şirinov Gündüz Əhməd oğlu

Tağıyev Cavid Tahir oğlu.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →