• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

Ukraynada müharibənin 100-cü günü... - Zelenskidən müraciət

Ukraynada müharibənin 100-cü günü... - Zelenskidən müraciət

Bu gün Rusiya və Ukrayna arasında davam edən müharibənin 100-cü günüdür.

Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı Kiyevdən ukraynalılara videomüraciət edib.

O, videomüraciətini öz ofisinin yaxınlığında lentə alıb və feysbuk hesabında paylaşıb.
Videoda Ukrayna Prezidenti ilə yanaşı ölkənin Baş naziri Denis Şmıqal, Prezident ofisinin rəhbəri Andrey Yermak, Prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak və “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiyanı da görmək mümkündür.

“Bizim komandamız daha böyükdür. Ukrayna Silahlı Qüvvələri buradadır. Ən əsası xalqımız buradadır. Artıq 100-cü gündür Ukraynanı müdafiə edirik. Qələbə bizimlədir. Yaşasın Ukrayna!”, - deyə Zelenski söyləyib.

Xatırladaq ki, Rusiya fevralın 24-ü Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →