• 19:08 – Qubada Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəliyinin yeni ofisinin açılış mərasimi olub. 
  • 18:56 – Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi? 
  • 18:46 – MPK və Kamandan Oxatma Federasiyası əməkdaşlığı genişləndirir 
  • 19:10 – Qara dənizdə hücuma məruz qalan tanker hələ də yanır 

Təhsil naziri 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları Şuşadan təbrik edib

Təhsil naziri 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları Şuşadan təbrik edib

Təhsil naziri Emin Əmrullayev 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları Şuşadan təbrik edib.
Təhsil Nazirliyinə istinadla videonu təqdim edir.

Qeyd edək ki, Şuşada məktəblilər arasında “Şuşa İli”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin yekun konsert proqramı keçirilir. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən festival-müsabiqənin yekun tədbiri Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra orada keçirilən ilk respublika uşaq tədbiridir.

Tədbir Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Şuşa Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Şuşa Real Məktəbinin qarşısında təşkil olunub. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və digər dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid övladları, festival müsabiqənin qalibləri iştirak edirlər.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →