• 19:28 – Bakıda güclü külək: xəsarət alanların sayı artdı 
  • 19:17 – Bəyaz Aslanın Qələbə Salnaməsi 
  • 21:03 – Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur 
  • 20:57 – Putin hər zaman formada qalmağın SİRRİNİ AÇDI 

"Qırmızı kitab"ın III nəşri ilə bağlı tədqiqatlar aparılır

"Qırmızı kitab"ın III nəşri ilə bağlı tədqiqatlar aparılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Milli Elmlər Akademiyasının mütəxəssislərindən ibarət qrup tərəfindən Şamaxı və Qobustan rayonları ərazisində, eyni zamanda Şahdağ Milli Parkı və Pirqulu Dövlət Təbiət Qoruğunda bitkilərin monitorinqi aparılıb.

“Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı keçirilən çöl tədqiqat işləri zamanı Səhləbkimilər (Orchidaceae), Göyzəbankimilər (Boraginaceae), Soğankimilər (Alliaceae) və Zambaqkimilər (Liliaceae) fəsilələrinə aid olan bitkilərin nadir növləri tədqiq edilib. Həmin növlərin statuslarının qiymətləndirilməsi üçün fotoşəkilləri çəkilib, GPS koordinatları müəyyənləşdirilməklə digər vacib məlumatların qeydiyyatı aparılıb.

Aparılan tədqiqatlar nəticəsində nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növlərindən bəzilərinin fotoşəkillərini təqdim edirik.
"Qırmızı kitab"ın III nəşri ilə bağlı tədqiqatlar aparılır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →