• 22:25 – Zelenskidən üçtərəfli danışıqlar mesajı - Bu ölkə ev sahibliyi etməyə hazırdır 
  • 22:20 – Cəlilabadda ana oğlunu öldürdü 
  • 22:17 – Bu energetik içkilərdə təhlükəli maddə tapıldı 
  • 22:15 – SEPAH yeni hücum elan etdi: “Xeybər”, “Qədr”, “Fərəh”lə... 

Səkkiz nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib

Səkkiz nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib

Bu gün keçirilən imtahanla bağlı operativ qərargaha daxil olan ilkin məlumatlara əsasən, 8 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, onlardan 3 nəfər kənardan kömək almaq məqsədilə sual kitabçasının şəklini çəkib və öz yaxınlarına göndərib. İmtahanın gedişi zamanı bu hal nəzarətçilər tərəfindən aşkar olunub. Bundan əlavə, 1 nəfərin başqasının yerinə imtahana girmək cəhdi də müəyyən olunub və qarşısı alınıb. Qeyd olunan bütün qayda pozuntuları protokollaşdırılıb və hazırda araşdırma aparılır.

DİM-dən verilən məlumata görə, uzun illərin imtahan təcrübəsi göstərir ki, əvvəlki illərin məzunları üçün keçirilən imtahanlarda qaydalara riayət etməyən, nizam-intizamı pozmağa cəhd edən abituriyentlərin sayı daha çox olur.
Xatırladaq ki, DİM aprelin 3-də respublikanın 18 şəhər və rayonunda imtahanlar keçirib. İmtahanların idarə olunmasına 109 ümumi imtahan rəhbəri, 318 imtahan rəhbəri, 2498 nəzarətçi-müəllim, 240 buraxılış rejimi əməkdaşı və 109 bina nümayəndəsi ayrılıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →