• 19:28 – Bakıda güclü külək: xəsarət alanların sayı artdı 
  • 19:17 – Bəyaz Aslanın Qələbə Salnaməsi 
  • 21:03 – Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur 
  • 20:57 – Putin hər zaman formada qalmağın SİRRİNİ AÇDI 

Uzunömürlülərin qida vərdişləri açıqlandı

Uzunömürlülərin qida vərdişləri açıqlandı

Amerikalı alim Den Byuttner uzunömürlülərin qida vərdişləri haqqında danışıb.

O bildirib ki, Yer kürəsində beş “mavi zona” (100 yaşdan yuxarı insanların ən çox cəmləşdiyi yerlər) var. Bunlara İtaliyanın Sardiniya, Yaponiyanın Okinava, Yunanıstanın İkariya, Kosta Rikanın Nikoya bölgələri, eləcə də Kaliforniyada bir vilayət daxildir.

Alimin sözlərinə görə, bütün bölgə nümayəndələrinin oxşar yemək vərdişləri var - onlar çoxlu taxıl və paxla məhsulları yeyir, həmçinin müntəzəm olaraq qırmızı şərab içirlər.

Bu bölgələrin sakinləri bəzi məhsullardan qaçmağa çalışırlar. Bunlar ilk növbədə qan təzyiqi və xolesterinin səviyyəsini yüksəldən, piylənmə və infarkt riskini artıran “fast food”lardır.

Həmçinin, uzunömürlülər un məmulatları və şəkər tərkibli məhsullar, eləcə də qazlı içkilərdən yan keçirlər. Belə ki, bu qidalar ürək xəstəlikləri, diabet, piylənmə riskini artırır və ömrün qısalmasına səbəb olur.

Bundan əlavə, ət (xüsusilə qırmızı) və ət məhsulları (xüsusilə kolbasa və sosiska) da uzunömürlü insanların qida rasionundan kənardadır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →