• 23:13 – Qonşuda dollar bahalaşdı, Azərbaycana da təsir edir 
  • 22:47 – Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinin məlumatı   
  • 22:41 – Mənə dedilər ki, ordumuzun Azərbaycana qarşı şansı yoxdur… 
  • 22:36 – “Sədərək” ticarət mərkəzini su basdı - Video 

Azərbaycan XİN Ermənistana cavab verib

Azərbaycan XİN Ermənistana cavab verib

Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən martın 24-də, guya bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycana qarşı ittihamları əks etdirən bəyanatı bu ölkənin növbəti dəfə beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəltmək cəhdidir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.

“Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, bölgədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı isteriyaya əsas yoxdur. Ermənistan tərəfi isə məsələni süni şəkildə şişirdərək dezinformasiya ilə məşğuldur.

Bölgədə bir neçə gün ərzində ağır hava şəraiti ilə əlaqədar qaz xətlərində yaranan texniki problemlərə gəldikdə isə, Ermənistanın vəziyyətdən siyasi manipulyasiya aləti kimi istifadə etmək niyyəti göz qarşısındadır.

Xatırlatmaq istərdik ki, uzun illər ərzində 400.000 dən çox əhalisi olan Naxçıvan Muxtar Respublikasını qaz blokadasında saxlayan, 30 ilə yaxın Sərsəng su anbarından istifadə etməklə su terrorunu törədən, yüzlərlə insanın həyatına və sağlamlığına son qoyan minaların xəritələrinin mövcudluğunu uzun müddət inkar edən, hələ 1990-cı illərin əvvəllərində itkin düşən 4000-dək azərbaycanlının taleyi ilə bağlı məlumatı gizlədən Ermənistanın indi Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etməsi bu ölkənin siyasi riyakarlığından başqa bir şey deyildir.

Hazırda bölgədə sülh və sabitliyin təmin edilməsinin yeganə yolu imzalanmış birgə bəyanatların müddəalarının tam icrası, o cümlədən erməni qanunsuz birləşmələrinin qalıqlarının bölgədən tam çıxarılması və beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşmasından ibarətdir.

İndi siyasi manipulyasiya yox, real işlə məşğul olmaq zamanıdır", - deyə XİN-in məlumatında bildirilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →