• 21:52 – Xalq artisti Tünzalə Ağayeva qotika tərzində - VİDEO - FOTOLAR 
  • 18:25 – Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı 
  • 18:16 – Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub 
  • 19:00 – Tiflis yenə AB qrantından imtina etdi 

Göygöl donub

Göygöl donub

Göygölün donması son illərin nadir təbiət hadisələrindəndir.Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Firuddin Əliyev bildirib.

Xidmətinin rəsmisi qeyd edib ki, hazırda gölün üzərində 2-3 sm qalınlığında buz qatı yaranıb:

"Bu ilin soyuq mart ayı daha bir sürprizlə yadda qaldı. Bol qarlı mart bu dövr üçün xarakterik olmayan şaxta ilə də müşayiət olunduğundan Göygölün suyu donaraq buz bağlayıb. Bu da son illərin nadir təbiət hadisələrindəndir".
F.Əliyevin sözlərinə görə, bahar fəslində Göygölün üst hissəsinin donması turistlərin də böyük marağına səbəb olub.

"Yaz dövründə çox az hallarda qeydə alınan bu mənzərəni görmək üçün ziyarətçiləri hələ davam edən tətil günlərində Göygöl Milli Parkına gəlməyə, gecikmiş qış mənzərəsindən zövq almağa dəvət edirik", - F.Əliyev vurğulayıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →