• 19:53 – ABŞ-ın bu ölkədəki səfirliyinin əməkdaşları təxliyə edildi 
  • 19:45 – Paytaxtın yükü, regionların taleyi-Baş redaktordan 
  • 19:38 – Azərbaycan-Gürcüstan münasibətləri müzakirə olundu 
  • 20:10 – Qarabağa yatırılan investisiyaların həcmi açıqlandı 

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Martın 25-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz 0-5° şaxta olacaq.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →