• 16:40 – Tramp Baydenin israillilərlə bağlı fərmanını ləğv etdi 
  • 16:31 – Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinin məlumatı 
  • 21:58 – Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm - Tramp 
  • 21:51 – Gürcüstan turizmdən rekord gəlir əldə etdi 

Prezident İlham Əliyev: Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir

Prezident İlham Əliyev: Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir

Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir.

Bunu Prezident İlham Əliyev Suqovuşan qəsəbəsində Azərbaycan xalqını təbrik edərkən deyib.

Dövlət başçısı bildirib:

"Bu gün bu gözəl mənzərəli yerlərə baxdıqca bir daha görürəm, diyarımız nə qədər gözəldir, dağlarımız nə qədər əzəmətlidir. Bütün bu tarixi gözəlliyə biz gözəllik qatacağıq, zövq qatacağıq və burada azərbaycanlılar rahat yaşayacaqlar, sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayacaqlar. Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir.

Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm. Bir daha demək istəyirəm, bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan daim sürətlə inkişaf etsin, yüksələn xətlə getsin və qarşıda duran bütün vəzifələr icra edilsin. Qarabağ Azərbaycandır!"
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →