• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

2-ci “Yüksəliş” müsabiqəsinə start verilib - “Əsas məsələ”də MÜZAKİRƏ

2-ci “Yüksəliş” müsabiqəsinə start verilib - “Əsas məsələ”də MÜZAKİRƏ

İstedadlı kadrların seçilməsi və inkişaf etdirilməsi üzrə olduqca vacib bir mexanizm olan “Yüksəliş” müsabiqəsi, eyni zamanda, ölkə vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun daha səmərəli təmininə xidmət edir. “Yüksəliş” müsabiqəsi Azərbaycan dövlətinin prioritet vəzifələri sırasına daxil olan insan kapitalının formalaşması və inkişafına yönəlmiş ən uğurlu layihələrdən biridir. Müsabiqədə iştirak etməklə, gənclər strateji düşünmək, iş icrasını təmin etmək, nəticələrə yönəlmək, sosial məsuliyyət, komandada işləmək və digər bacarıqlara yiyələnə bilər. Hər bir millətin gələcəyinin formalaşmasında ən önəmli amillərdən biri, bəlkə də birincisi keyfiyyətli təhsildir. Təhsilli bir cəmiyyətə sahib olmaq üçün ən vacib amil isə gənclərin sahib olduğu təhsil səviyyəsidir. Bu gün ölkəmizdə yaradılan şərait hər bir kəsin keyfiyyətli təhsil almasına, dövlət idarəçiliyində yaxından iştirak etməsinə geniş imkanlar yaradıb.

Jalə Əskərovanın təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində “Yüksəlişə” gedən yol... 2-ci “Yüksəliş” müsabiqəsinə start verilib. Nəticələr və gözləntilər. Müsabiqənin şərtləri nədir?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – “Yüksəliş” müsabiqəsi komitəsinin rəhbəri, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, “Yüksəliş” müsabiqəsinin qalibləri Leyla Rzayeva, Xamis Seyranov və Orxan Quliyev mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:
[media=http://[media=https://www.youtube.com/watch?v=fk6fnj_M4Qc]]
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →