• 15:35 – Küləkli hava ilə bağlı xəbərdarlıq edildi 
  • 22:50 – Putin Bişkekdə Ərdoğan və Pezeşkianla görüşəcək 
  • 22:37 – Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək 
  • 22:32 – Xamenei müraciət yaydı: Pezeşkian dərhal sonra... 

Sabah hava yağıntılı olacaq

Sabah hava yağıntılı olacaq

Martın 15-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Abşeron yarımadasında gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olaacq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 3-8° şaxta olacaq.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →