• 21:46 – Makron Ermənistanda meydan oxuyur: Rus bazasının önündə... 
  • 21:36 – Azərbaycanın “Avroviziya” 2026 təmsilçisi Vyanaya yola düşüb 
  • 19:06 – Bakıda Gökhan Türkmenin möhtəşəm konserti baş tutdu 
  • 19:02 – Eyyub Hüseynzadə dördüncü dəfə Özcan Denizi Bakıya gətirdi - VİDEO - FOTOLAR 

Azərbaycan Ordusunun heç bir hərəkəti həyata keçirilmir - MN

Azərbaycan Ordusunun heç bir hərəkəti həyata keçirilmir - MN

Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini əks etdirən video və fotolar yayılır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, yayılan bu video və fotolar Vətən müharibəsi zamanı və əvvəllər keçirilmiş müxtəlif təlimlərdə qeydə alınan köhnə görüntülərdir.

"Hazırda Azərbaycan Ordusunun heç bir yerdəyişməsi və hərəkəti həyata keçirilmir.

Bu mövzuda aparılan müzakirələr ictimaiyyətdə yanlış rəyin formalaşmasına, eyni zamanda hərbi və dövlət sirlərinin yayılmasına səbəb olur.

Sosial şəbəkə istifadəçilərini bu cür təxribatlara uymamağa, həmçinin rəsmi təsdiqini tapmayan məlumatları yaymamağa çağırırıq", - deyə Nazirlik bildirib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →