• 22:44 – Zelenski Makronla danışdı: "Miraj"lar tezliklə çatdırılacaq! 
  • 22:35 – "Buran"ı Rusiyaya verməyən iş adamı axtarışa verildi 
  • 20:45 – ABŞ yeni ballistik raketləri sınaqdan keçirib 
  • 20:41 – Mourinyo Ronaldonu "Fənərbağça"ya dəvət etdi 

Ceyhun Bayramov ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşüb

Ceyhun Bayramov ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşüb

9 mart 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın müstəqil beyin mərkəzi olan “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhun Bayramov nümayəndə heyətinə Azərbaycanın xarici siyasət prioritetləri, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə Azərbaycanın sədrlik etdiyi qurumlarda fəaliyyət, pandemiya ilə mübarizədə beynəlxalq səylərə dəstək, Azərbaycanın bu xüsusda irəli sürdüyü beynəlxalq təşəbbüslər və digər məsələlər ilə bağlı qarşı tərəfi məlumatlandırıb.

Nazir Ceyhun Bayramov bölgədə baş verən son hadisələr, o cümlədən münaqişə sonrası yaranan yeni vəziyyət, iki ölkə arasında münasibətlərin normallaşması üçün imkanın yaranması, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesinin həyata keçirilməsi barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin ikitərəfli münasibətlərin inkişafı, diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması, enerji sahəsində əməkdaşlıq, regional təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →