• 13:11 – SEPAH-ın kazarmalarını  ABŞ tərəfindən  vurdu 
  • 13:02 – Qurtuluşun Əbədi İşığı 
  • 23:41 – Tramp Paşinyanı təbrik etdi 
  • 23:36 – Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp 

8 Martda hava necə olacaq?

8 Martda hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında martın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →