• 20:22 – Paşinyan Naxçıvana dron hücumu fonunda Təhlükəsizlik Şurasını toplad 
  • 19:24 – İranla sərhədlə bağlı təcili qərar - NK 
  • 19:18 – Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum... 
  • 18:46 – Xəstə uşaq üçün toplanan pulu talayan şəxs saxlanıldı - Video 

Arakçı Bayramova zəng vurdu: Araşdırma başladılıb!


Arakçı Bayramova zəng vurdu: Araşdırma başladılıb!



Arakçı Bayramova zəng vurdu: Araşdırma başladılıb!

İranın xarici işlər naziri Seyid Abbas Arakçı azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.

XEBERTV.AZ  Axar.az -a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı nazir Ceyhun Bayramov, İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib.

Azərbaycan ərazisinə bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.

İran naziri Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə edib. İran tərəfinin və hərbçilərin bu hadisə ilə bağlı araşdırma başladığını bildirib. İran naziri yaralanan mülki şəxslərə şəfa diləyib.

İran tərəfindən hücumla bağlı üzr istənilməsini, araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat verilməsini, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görülməsini gözlədiyimiz diqqətə çatdırılıb.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →