• 19:53 – ABŞ-ın bu ölkədəki səfirliyinin əməkdaşları təxliyə edildi 
  • 19:45 – Paytaxtın yükü, regionların taleyi-Baş redaktordan 
  • 19:38 – Azərbaycan-Gürcüstan münasibətləri müzakirə olundu 
  • 20:10 – Qarabağa yatırılan investisiyaların həcmi açıqlandı 

Tbilisidə Cəlil Məmmədquluzadənin xatirə lövhəsində “Azərbaycan” sözü silinib






Tbilisidə Cəlil Məmmədquluzadənin xatirə lövhəsində “Azərbaycan” sözü silinib
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin xatirəsinə hörmətsizlik edilib.

Şəhərin mərkəzində, yazıçının bir müddət yaşadığı binanın üzərində yerləşən memorial lövhədəki “Azərbaycanın böyük demokrat yazıçısı” ifadəsində “Azərbaycan” sözü qara boya ilə silinib.

Hadisə Tbilisidə yaşayan azərbaycanlılar və şəhəri ziyarət edən turistlər tərəfindən narazılıqla qarşılanıb. Onlar bunu Azərbaycan mədəni irsinə və görkəmli ədibin xatirəsinə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.

Qeyd edək ki, Cəlil Məmmədquluzadə 1906–1918-ci illərdə Tbilisidə yaşayıb və məşhur “Molla Nəsrəddin” jurnalının redaksiyası da məhz burada fəaliyyət göstərib.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →