• 10:01 – Putin müharibəni niyə dayandırmır? - Səbəb 
  • 13:40 – Hicaba nəzarətin azalmasından sonra İranda gecə həyatı.. 
  • 13:35 – Sabah leysan yağacaq 
  • 13:20 – Bakıda İtaliya Mətbəxi Həftəsinə Start Verildi 

“Əkinçi”nin 150 illik yubileyi qeyd olundu – Qərbi Azərbaycanın tarixini xalçalar danışdı


BAKI-XEBERTV.AZ-20.07.2025


“Əkinçi”nin 150 illik yubileyi qeyd olundu – Qərbi Azərbaycanın tarixini xalçalar danışdı
Emedia Group-un təşkilatçılığı ilə “Əkinçi 150 il – Sözümüz tariximizdir: Qərbi Azərbaycanın tarixini xalçalar danışacaq” adlı möhtəşəm tədbir keçirildi.
Tədbir həm rəsmi, həm də mədəni-ictimai mahiyyət daşıyırdı. İştirakçılar arasında millət vəkilləri, dövlət rəsmiləri, tanınmış sənətçilər və media nümayəndələri vardı. Gecədə çıxışlar, təqdimatlar və Qərbi Azərbaycanın tarixi motivlərini özündə əks etdirən xüsusi xalça sərgisi böyük maraqla qarşılandı.
Xüsusi qonaqlar arasında məşhur türk jurnalisti Fulya Öztürk də yer aldı. Onun tədbirdə iştirakı qardaş ölkənin Azərbaycanla bağlı tarixə və dəyərlərə verdiyi önəmin bir daha göstəricisi oldu.
Bundan başqa, sənətçilərin musiqili çıxışları tədbirə rəng qatdı.Tədbir milli irsimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
EMEDİA group-un rəhbəri Elşən Əliyev tədbirlər bağlı öz təəssüratlarını bizimlə paylaşdı.
Bu tədbir tarixi önəm daşıyır.
Konsitusiya və qanunvericilik ilində keçirilən “Əkinçi 150 il – Sözümüz tariximizdir: Qərbi Azərbaycanın tarixini xalçalar danışacaq” adlı bu dəyərli tədbiri təşkil etmək bizim üçün həm şərəf, həm də böyük məsuliyyətdir.
Xüsusilə Fulya Öztürk də tədbirin qonaqları arasında idi və onun səmimi çıxışı tədbirə xüsusi rəng qatdı. Tədbirimizdə Trt,Cnn,Haberglobal,Anadolu ajansı və digər qardaş Türkiyədən olan mətbuat nümayəndələri yer aldı.
Bu təbdirin özəlliklərindən biri də millət vəkillərimizin jurnalist olaraq mükafat alması idi. Burada iştirak edənlər arasında Sevil Mikayılova,Hikmət Babaoğlu,Elçin Mirzəbəyli və digər şəxsiyyətlərin adlarını qeyd edə bilərəm.
Mükafat alanlar arasında öz fəalliyyətləri ilə hər zaman seçilən jurnalistlərimizdən Günay Firidunqızı,Jalə Həsənli,Aytən Səfərova,Xoşqədəm Hidayəyqızı və digərlərinin adlarını qeyd edə bilərəm.
Həmçinin Türkiyə səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir də tədbirimizdə mükafat alanlar sırasında idi.
Tədbirdə xalçalar vasitəsilə tariximizə səyahət etdik. Hər bir xalça üzərində naxışlarla, simvollarla, rənglərlə bir bölgənin yaddaşı, yaşam tərzi və ruhu əks olunurdu.
Bu tədbirlə biz media tariximizin necə dərin və çətin sınaqlardan keçdiyini cəmiyyətə çatdırdıq. Lakin Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə mətbuatımızda canlanma baş verdi. Mətbuat özünün yeni tarixini yazdı.Ölkə başçımız İlham Əliyevin hakimiyyətə gəlişi isə mətbuatın inkişafını daha da sürətləndirdi. Hətta o, mətbuatın ən yaxın dostu oldu. Media inkişaf agentliyi yarandı bu hadisə medianın inkişafına xüsusi təkan verdi. Biz EMEDİA olaraq hər il mətbuat günü ilə bağlı təbirlərimizi keçiririk lakin bu il yubiley təbdiri olduğu üçün daha xüsusi şəkildə qeyd etməyə çalışdıq.
Bakı şəhər İcra Hakimiyyəti,Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti həmçinin Qərbi Azərbaycan İcması,Mədəniyyət Nazirliyinin baş idarəsi və biz EMEDİA birgə toplaşaraq 1000 nəfərlik auditoriya qarşısında bu möhtəşəm tədbiri həyata keçirdik.
Müəllif: Zeynəb Abbasova
Reytinq: 
  • Нравится
  • 1
Son xəbərlər
bütün xəbərlər →