• 21:30 – Vardanyanın məhkəməsində Sirac Abışovun qardaşı ifadə verdi 
  • 21:24 – Paşinyan AŞPA-da elan etdi: Ermənilər Qarabağa qayıda bilməz! 
  • 21:18 – Sosial media fenomeni canlı yayımda faciəli şəkildə öldü - Video 
  • 13:33 – Hərbi Memorial Məzarlıqda 44 metrlik monumental abidə ucaldılıb 

Əli bəy Hüseynzadə nəslinin layiqli davamçısı




BAKI-XEBERTV.AZ 

Əli bəy Hüseynzadə nəslinin layiqli davamçısı

Müasir Azərbaycanın hərbi-tibbi səhiyyəsinin formalaşmasında müstəsna xidməti olanlardan biri-Tibb xidməti polkovniki, Professor Rahim Məmmədhüseyn oğlu Hüseynovdur. Rahim müəllim Azərbaycan Tibb Universitetini bitirib. Keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətini başa vurduqdan sonra Salyan rayon Mərkəzi Xəstəxanasında ixtisasına uyğun işlə təmin edilib. O, işgüzarlığı sayəsində və qısa müddətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində mühüm bir vəzifəyə irəli çəkilib. R.Hüseynov, 1986-cı ildə Səhiyyə Nazirinin müavini təyin edilib və 1992-ci ilin aprel ayına kimi bu vəzifədə çalışıb. 1992-ci ilin aprel ayında Səhiyyə Naziri təyin edilib. Və bu vəzifədə 1993-cü ilin sentyabr ayına kimi çalışıb. Rahim həkim müasir Azərbaycanın hərbi-tibbi səhiyyəsinin qurucularındandır. Məhz onun təklifi və sabiq Prezident Əbülfəz Elçibəyin Fərmanı ilə 1992-ci ildə Azərbaycan Respublikası Hərbi Tibbi Səhiyyə üzrə Əlaqələndirmə Şurası yaradılmış, Ölkəmizdə fəaliyyət göstərən bütün şəfa ocaqları vahid mərkəzdən idarə olunmağa başlanmışdı. Doktor R.Hüseynov 1988 -ci ilin fevralından 1993-cü ilin sentyabr ayınadək Qarabağda və Ermənistanla həmsərhəd ərazilərdə 485 gün xidməti ezamiyyətdə olmuşdur. Rahim həkim müstəqil Azərbaycanın qurucularından biri Əli Bəy Hüseynzadə nəslinin şərafətli, ləyaqətli, vətənpərvər övladlarından biridir.
İyunun 3-ü el ağsaqqalı, tanınmış ictimai-siyasi xadim Rahim Hüseynovun doğum günüdür.Mən, dostlar adından dəyərli Rahim müəllimi təbrik edir, ən xoş arzularımı bildirirəm.
Şair demişkən:"...Hələ yaşamağa dəyər biraz da.."
Şamil Sabiroğlu, jurnalist.
02.06.2025.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →