• 20:20 – Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət etdi 
  • 20:11 – Taliban və Pakistan arasında silahlı toqquşma 
  • 20:06 – Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir? 
  • 20:02 – Ukrayna əsgərləri bu şəhərdə bayraq sancdılar 

QARABAĞ MÜHARİBƏ VETRANI-nın  harayına səs verəsiniz


 

QARABAĞ MÜHARİBƏ VETRANI-nın  harayına səs verəsiniz

 Qarabağ müharibəsi veteranının harayına səs verəsiniz.Əmək nazirliyi tərəfindən onun başına gətirilən müsibətləri özünüz veteranın dilindən oxuyub, tanış olun.

_____

 
Bütün müvafiq məlumatları- ərizənin, şəxsiyyət vəsiqəsinin və veteran vəsiqəsinin surətini diqqətinizə çatdırıq.
Ərizəni vörd formatında da sizə göndəririk.





_______
Bu şikayət, nə qədər çox saytda, nə qədər çox yerdə dərc olunsa, o qədər effektli olacaq. Hər halda, bu məzlum insanın mediadan və Alahdan başqa heç yerdən köməyi yoxdur. Sizdən xahiş edir ki, laqeyd qalmayasız!
____________________
____________________
Şikayət haqqında:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ara-sıra “Məşğulluq marafonu” keçirdiyini elan edərək güya qaziləri, müharibə veteranlarını, şəhid ailəsi üzvlərini işlə təmin etdiyini bildirir. Burada belə “işlə təmin olunmuş” müharibə veteranlarından birinin başına gətirilmiş tükürpədici hadisələrdən bəhs olunur.



    
Qarabağ müharibəsi veteranı, Şabran
rayonu,Çölquşçukəndindəyaşayan
Şərifov Elmar Vüqar oğlu
tərəfindən
Tel:(055) 640 08 40
ŞİKAYƏT
/Məmur özbaşınalığı haqqında/
Bildirirəm ki,mən Şərifov Elmar Vüqar oğlu 6 ildən artıq Silahlı Qüvvələrimizin
tərkibində (DQ) MAXE (Müddətdən artıq hərbi qulluqçu) kimi qüsursuz hərbi xidmət
etmiş, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qalib ordumuzun tərkibində
Füzulinin, Cəbrayılın, Hadrutun və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə
iştirak etmiş, rəşadətli döyüş yolu keçmiş hərbçiyəm.
Şuşadan ordu sıralarından xidmət müddətimin başa çatması ilə əlaqədar tərxis
olunduqdan sonra mülki həyatda ailəmi dolandırmaq və halal zəhmətimlə dolanışığımı
təmin etmək üçünƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək
Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadaidarəninsürücü
kimi əmək fəaliyyətinə başladım. İşə başlayarkən işlə təmin olunmağıma sevinsəm də
busevincimuzunçəkmədi“qaragünlər”iminməhzbundansonrabaşladığını
anladım.
Açığı,müharibədədöyüşərkən,eləbilirdimki,dövlətimizinxalqımızın
düşmənləri təkcə cəbhənin o tərəfində, önümüzdəki erməni separatçılarıdır. Lakin bu
qurumda işə başladıqdan sonra anladım ki, xalqımızın əsl və ən məkrli düşmənləri elə
arxa cəbhədə, mülki həyatda imiş.
Belə ki, İdarənin əməkdaşlarını iş saatlarında xidməti zərurətlə bağlı DOST 5 və
digərinzibatibinalaraaparıb-gətirməküçünistifadəməidarəninbalansındaolan
Mersedes E class 90-AO-790 dövlət nömrə nişanlı avtomobil təhkim edilsə də, Milli
Observatoriyanın (əslində antiMilli) İdarə Heyətinin üzvüHasil Vasif oğlu Abbasov
məni sözün həqiqi mənasındaqul kimi işlətməyə, dövlətin avtomobilini və yanacağını,
habeləmənişəxsiməqsədləriüçünistismaretməyəbaşladı.Beləki,əmək
müqaviləsinə əsasən iş vaxtım 18.30-da bitməli olduğu halda alkoqolik, yüngül və
melanxolik həyat tərzi keçirən Hasil Abbasov demək olar ki, hər gün gecə saat 2-4
radələrində mənə zəng edir, içkili olduğunu, idarənin avtomobili ilə gəlib onu
götürməliolduğumudeyir,mənməcburiyyətqarşısındaqalıbonuadətən
barlardan, kafelərdən, restoranlardan götürməli olurdum.Bəzi hallarda isə, idarənin
avtomobilini özü ilə bara, kafeyə və s. apardığından, gecə saat 2-4 radələrində ictimai
nəqliyyat işləmədiyindən öz vəsaitim hesabına taksi ilə onun olduğu “meyxanaya” gedib
“şərab əhlini” evinə gətirməli olurdum. Gün ərzində demək olar ki, söhbət etməkdən,
yutubda müxtəlif filmlərə baxmaqdan və siqaret çəkməkdən başqa heç bir iş görmədiyi
halda əsassız olaraq10 min manata yaxın maaş alanHasil Abbasov ən azından
cibindən çıxarıb heç taksi pulumu da ödəmirdi. Bəzi hallarda isə gecə saat 3-4-də
restoranlarda yeyib-içib idarəyə məxsus avtomobilin açarlarını “parkovşik”ə verib, mənə
zəng edib avtomobili Neftçilər ərazisindən götürməyi tapşırırdı. Beləcə gecəm gündüzə,
gündüzümgecəyəqarışmışdı.İdarəyə,dövlətəcanyandırmaqdanağızdolusu
populistcəsinədanışanHasilAbbasovdövlətidarəsininsürücüsünü,dövlətin
avtomobilini, yanacağını şəxsi əyyaş məqsədləri üçün istismar edirdi. Gecələrlə yanaşı,
gündüzlər də Hasil Abbasov istismarçılığını davam etdirir, məni nəinki iş saatlarından
sonra, iş saatlarında da müxtəlif şəxsi məqsədləri üçün (ailəsini hardansa götürmək,
uşağı məktəbdən götürmək, ona aid nəyisə hardasan almaq və s.) istismar etməkdə idi.
Bütün bunlarla kifayətlənməyən Hasil Abbasov qeyri-iş günlərində, şənbə, bazar
günləri də məni və dövlətin avtomobilini şəxsi məqsədləri üçün istismar edirdi. Həftə içi
onu gecə saatlarında “meyxanalardan” götürməkdən yuxu rejimim və sağlamlığım o
qədər pozulmuşdu ki, bir gün şənbə günü məhz onun tapşırığı ilə, yenə də onun şəxsi
işlərini icra etmək üçün gedəndə 20 Yanvar dairəsi adlanan ərazidə yorğunluqdan qəza
törətdim və H.Abbasovun tələbi ilə təxminən öz vəsaitim hesabına 400 manat xərc
çəkərəkavtomobilitəmiretdirdim.Danışandavicdandanpafoslucümlələrquran
H.Abbasov isə 1 qəpik də olsa mənə kömək etmədi və mən borc-xərc hesabına, maddi-
məişətşəraitim(dahadoğrusuşəraitsizliyimin)acınacaqlıolmasınakirayədə
yaşamağıma baxmayaraq avtomobili özüm təmir etdirməli oldum.
Təbii ki, bütün bunları Hasil Abbasov Milli Observatoriyanın İdarə Heyətinin sədri
SəfərliElnurNovruzoğlununonunhimayəçisiNazirliyinStratejiplanlaşdırma
şöbəsinin müdir müavini Rəşad Zalovun, həmçinin həmin şöbənin müdiri Əliyev Sadiq
Cabir oğlunun himayəsi ilə edirdi. Çünki, idarənin digər sürücüsü də idarənin işlərindən
daha çox Rəşad Zalovun uşağını məktəbə aparıb gətirməklə məşğul idi.
Hətta bir dəfə avtomobillə DOST-5 ə idarənin işi üçün xidməti zərurətlə bağlı
qurumun əməkdaşlarını aparanda, H.Abbasov məni buna görə danlamışdı.
Cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi, H.Abbasovun da bu əməllərinin
bir gün aşkar olacağını, bu zaman mənim də başımın ağraya biləcəyini ona bildirdikdə
mənə əminliklə demişdi ki,“Narahat olma, burada bu məsələni bilib səsini çıxara biləsi
3-4 nəfər var – Faiq Musayev (Keyfiyyətə nəzarət), Kamran Rəhimov (İqtisadiyyat
şöbəsinin müdiri), Qaya Əliyev (Hüquq və daxili nəzarət departamentinin müdiri) və b.
Onları da burdan hərəsini bir cür vedrə qoşub uzaqlaşdıracağıq, sən sadəcə onlarla
ünsiyyətdə olma, onlardan uzaq ol”.
Bütün bu baş verənlərin meydana çıxmaması, ört-basdır olunması, “isti izlərin
itirilməsi” üçün Hasil Abbasovun təşəbbüsü ilə Elnur Səfərli mənim əmək müqaviləmə
müdddətinin başa çatması əsası ilə xitam verdi.
Hal-hazırda aylardır ki, işsiz, qazancsız, himayə etməli olduğum valideynimin
himayəsindəçıxılmazvəziyyətdəyaşamaqdayam.Məruzqaldığımbuistismar,
haqsızlıq və qanunsuzluqlar nəticəsində həyata, yaşamağa bütün ümidlərimi itirdim.
Başa düşdüm ki, bu uğrunda canımı, qanımı fəda etməyə hazır olduğum, dəfələrlə
uğrunda ön cəbhədə ölümlə üz-üzə gəldiyim bu vətən sən demə bizim yox, Hasil
Abbasov, Elnur Səfərli kimilərin imiş, onlar bu vətəndə ağa, biz isə kölə imişik.
Başa düşürəm ki, vətən qarşısında 1 illik icbari hərbi xidmətini belə etməkdən
yayınmış,“dezertir”ElnurSəfərlihardanbiləcəkdioddan-alovdankeçmiş,həyatını
təhlükəyə atmış bir vətən fədaisinin, müharibə veteranının dəyərini?
Görün bir məmurun qudurğanlığına, harınlığına və acgözlüyünə baxın ki, aylarla
işçini, özü də müharibə veteranını onun maddi vəziyyətinin ağır olmasından və işə
möhtac olmasından sui-istifadə edib aylarla gec-gündüz şəxsi keyfin, zövqün və əyyaş
həyattərzinüçünistifadəedəsən,bununlayanaşıdövlətinavtomobilini,dövlət
büdcəsinin vəsaiti hesabına alınan yanacağı bu məqsədlə istismar edəsən və bütün
bunlar ifşa olunarkən özünü sudan quru çıxarmaq üçün bir vətəndaşın çörəyinə, iş
yerinə bais olasan.
Sizdən bir keçmiş hərbi qulluqçu, bir müharibə veteranı, bir vətəndaş kimi xahiş
edirəm ki, şikayətimdə göstərilən halları şəxsi nəzarətinizə götürəsiniz və mənim işə
bərpa olunmağıma, işlə təmin edilməyimə köməklik göstərəsiniz.
Bizdöyüşanında,cənabPrezidentimizİlhamƏliyevindediyikimi“həqiqət
anında” vətəni, dövləti canımızla, qanımızla xarici düşmənlərdən qoruduq, sinəmizi
sipəretdik,indinövbədövlətimizindir,ümidedirəmki,dövlətimizbizibelədaxili
düşmənlərdən qoruyacaq.
Ümidedirəmki,uğrundacanımızıfədaetdiyimizbudövlətbizihaqsızlıq,
ədalətsizlik,harınməmurözbaşınalığı,yoxsulluq,işsizlikqarşısındaaciz
buraxmayacaq.
                                                  




Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →