BAKI-XEBERTV.AZ
1977-ci ildən 18 may tarixində Beynəlxalq Müzeylər Günü qeyd edilir. Bu bayram müxtəlif xalqlar arasında mədəni və əməkdaşlıq əlaqələrin inkişafına kömək məqsədi ilə keçirilir. Muzeylər mənəvi dəyərləri,adət-ənənələri qoruyan və təbliğ edən müəssisələrdir.
Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.
Həsənov Qorxmaz 44gunsavash.az saytının director müavini