• 16:40 – Tramp Baydenin israillilərlə bağlı fərmanını ləğv etdi 
  • 16:31 – Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinin məlumatı 
  • 21:58 – Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm - Tramp 
  • 21:51 – Gürcüstan turizmdən rekord gəlir əldə etdi 

Xocalıda qalıqları aşkarlanan yeddi nəfərlə vida mərasimi keçirilib



 

Xocalıda qalıqları aşkarlanan yeddi nəfərlə vida mərasimi keçirilib

Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş yeddi nəfərlə vida mərasimi keçirilib.

XEBERTV.AZ  “Report”-a istinadən xəbər verir ki,  mərasim Bərdə rayonundakı məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutub.

Vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfər Xocalı şəhərində salınmış Şəhidlər xiyabanında dəfn ediləcək.

Dəfn olunacaq şəxslər aşağıdakılardır:

1. Ağaəli Naib oğlu Əliyev - 01.06.1933-cü il;

2. Sürəyya Behbud qızı Əliyeva – 01.06.1933-cü il;

3. Xəzər Səyavuş oğlu Səlimov – 01.09.1974-cü il;

4. Tamilla Ağamirzə qızı Səlimova – 01.06.1935;

5. Əli Müsül oğlu Cavadov - 15.06.1954-cü il;

6. İsmayıl Bəhman oğlu İsmayılov – 01.08.1955-ci il;

7. Şiraslan Qəmiş oğlu Nəcəfov - 1952-ci il təvəllüdlü.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →