
Ermənistanın Araqatsotn bölgəsindəki Aparan (Abaran) şəhəri yaxınlığında ağır avtomobil qəzası olub.
XEBERTV.AZ xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatında deyilir.
Bildirilib ki, qəza nəticəsində 5 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəzanın “PAZ” avtobusu ilə “Opel” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verdiyi deyilir.