• 21:54 – "Google" HƏDƏFƏ ALINDI - ABŞ hökuməti şirkətə vaxt verdi 
  • 19:26 – Yəmən ABŞ-a məxsus PUA-nı vurdu, ortalıq qarışdı 
  • 19:21 – 2025-ci ilin ən qanlı hücumu - Ukraynada 32 nəfər ÖLDÜ   
  • 19:15 – ABŞ dolları yeni təhlükə ilə üz-üzədir 

İtkin düşən balıqçının meyitini İranda tapan şəxs danışdı




İtkin düşən balıqçının meyitini İranda tapan şəxs danışdı

Lənkəranda itkin düşdüyü hesab edilən balıqçı, Lənkəran rayon Siyavar kənd sakini Mahmud İbayevin qardaşı meyiti ölkəyə gətirmək üçün İrana gedib.

XEBERTV.AZ -ın APA-ya istinadən verdiyi xəbərə görə, Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunması və sosial şəbəkələrdə paylaşılması barədə məlumat verilmişdi.

Mahmud İbayevin qardaşı Rəşad İbayev həmin şəkildən qardaşının cəsədini tanıyıb.

Aidiyyəti qurumların dəstəyi ilə Rəşad İbayev İran tərəfdədir və qardaşının meyitini tapan şəxs Səid Hadiani ilə görüşüb. Səid Hadiani bildirib ki, meyiti Bəndər-Ənzəli şəhərində, Kəpurçay sahilində tapıb: "Meyit suyun 25 metr dərinliyində idi. Başı aşağı suda qalmışdı. Üzü qaralmışdı, amma bədəni sağ-salamat idi. Qayığa qoyub çölə gətirdik və polisə məlumat verdik. Onu da deyim ki, bu ərazilər həmişə qayıqlarla nəzarət altındadır".

Qeyd edək ki, sabah meyitin Azərbaycan tərəfə verilməsi nəzərdə tutulub


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →