• 19:08 – Qubada Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəliyinin yeni ofisinin açılış mərasimi olub. 
  • 18:56 – Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi? 
  • 18:46 – MPK və Kamandan Oxatma Federasiyası əməkdaşlığı genişləndirir 
  • 19:10 – Qara dənizdə hücuma məruz qalan tanker hələ də yanır 

Gömrük xidmətləri ilə bağlı suallar operativ cavablandırılacaq

Dövlət Gömrük Komitəsi (DGK) vətəndaşların müraciətlərinin operativ cavablandırılması üçün xüsusi alqoritm əsaslı çat sisteminin tətbiqinə başlayıb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, DGK-nın rəsmi veb-səhifəsində, elektron xidmətlər portalında və mobil tətbiqində çat-bot vasitəsilə gömrük xidmətləri ilə bağlı suallar artıq qısa vaxt ərzində cavablandırılacaq. Bunun üçün Dövlət Gömrük Komitəsinin rəsmi saytında və mobil tətbiqdə “çat-bot” pəncərəsinə daxil olmaqla ad, soyad və elektron ünvanı qeyd etmək kifayətdir.

Bu yenilik vətəndaşlar üçün xidmət səviyyəsinin yüksəldilməsi ilə yanaşı, gömrük xidmətləri ilə bağlı yaranan sualların operativ və müfəssəl cavablandırılmasını təmin edəcək.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →