• 17:28 – Bu tarixə qədər neft 150 dolları keçəcək: Dünya iqtisadiyyatı çökür 
  • 17:20 – Aprelin pensiya ödənişləri yekunlaşdı 
  • 17:17 – Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb 
  • 10:10 – Tramp 1 saat ərzində 7 bəyanat verib, heç biri doğru deyil... 

Bu tarixə qədər neft 150 dolları keçəcək: Dünya iqtisadiyyatı çökür



Bu tarixə qədər neft 150 dolları keçəcək: Dünya iqtisadiyyatı çökür


BAKI-XEBERTV.AZ

Yaxın Şərqdə hərbi-siyasi vəziyyət pisləşərsə, "Brent" markalı neftin qiyməti tarixi rekordu qıraraq 150 dollara çatacaq.

Bu barədə Rabat Dövlət Universitetinin professoru Abdelsamad Malaui "Hespress" portalına açıqlamasında bildirib.

Analitikin sözlərinə görə, Hörmüz boğazının həm İran, həm də xarici gəmilər üçün tamamilə bağlanması qlobal neft tədarükünün kəskin azalması və qiymətlərin sürətlə 150 dollar həddinə yüksəlməsi deməkdir.

Qeyd edək ki, ABŞ-ın nəhəng investisiya bankı "Goldman Sachs"ın analitikləri də bundan əvvəl bildiriblər ki, müharibənin uzanması nəicəsində neftin qiyməti bütün zamanların ən yüksək həddini keçə bilər. Bu isə qlobal tələbatı kəskin azaldacaq və dünyada biznes fəaliyyətinin zəifləməsinə, yəni qlobal tənəzzülə gətirib çıxaracaq.






Publika.az

Müəllif: Adəm


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →