• 09:23 – Dünyanın ən təhlükəli meduzası rusiyalı turistin gözlərini yandırdı 
  • 09:15 – Dostunun maşınını qarət edən keçmiş FHN əməkdaşı həbs edildi 
  • 09:12 – Laçının Bəylik kəndinə daha 38 ailə yola salındı 
  • 23:04 – Tramp Netanyahudan İranla bağlı bunu tələb etdi 

Ölkədə 12 min məktəbliyə bu risklər barədə məlumat veriləcək




Ölkədə 12 min məktəbliyə bu risklər barədə məlumat veriləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Elm və Təhsil Nazirliyinin “Məktəblinin Dostu” layihəsi arasında Anlaşma Memorandumu imzalanıb.

XEBERTV.AZ -ın məlumatına görə  Nazirlikdən Axar.az-a bildirilib ki, məqsəd “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna və “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiya”nın 8.8.2.2-ci yarımbəndinə əsasən, uşaqların internetdən təhlükəsiz istifadə imkanlarının möhkəmləndirilməsi üçün maarifləndirmə tədbirlərinin intensiv həyata keçirilməsidir. Bununla da ETX daha geniş auditoriyaya çatmağı, həmçinin məktəblilərin kibertəhlükələr və onlayn risklər haqqında məlumatlılığının artırılmasına nail olmağı planlaşdırır.

Layihə çərçivəsində Bakı və Abşeron üzrə 66, bölgələr üzrə isə 11 məktəbdə kibertəhlükəsizlik qaydaları ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində ümumilikdə 12 min məktəblinin kibertəhlükəsizlik qaydaları və onlayn risklər barədə məlumatlandırılması hədəflənir.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →