• 09:36 – Bakı sakinləri təşvişdə: yayılan bu sirli həşərat nədir? 
  • 09:28 – Putinin hesablamaları iflasa uğrayıb - Mur 
  • 09:25 – DÇ-2026: ABŞ Paraqvayı darmadağın etdi 
  • 13:11 – SEPAH-ın kazarmalarını  ABŞ tərəfindən  vurdu 

Bu şəxslərə də müavinətlər veriləcək

Bu şəxslərə də müavinətlər veriləcək

Azərbaycanda müavinətlərin sayı artırılır.
Bununla bağlı “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə birdəfəlik müavinətlərin növləri siyahısına “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət” daxil edilir.

Bununla da azad edilmiş ərazilərdə işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 5 il müddətində birdəfəlik müavinət veriləcək.

Qeyd edək ki, hazırda birdəfəlik müavinətlərin aşağıdakı növləri var:

1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;
2. uşağın anadan olmasına görə müavinət:
3. dəfn üçün müavinət.

Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək. Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →