• 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 
  • 23:26 – Qərbi Azərbaycan Xronikası: “Səmənd ağanın öldürülməsi ilə Göyçə ermənilərə tam təslim edildi” - VİDEO 
  • 23:09 – Ukraynaya 630 milyon dollar ayıracaqlar 
  • 20:20 – Kupman Azərbaycana gələcək 

Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək

Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək

Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir.

O qeyd edib ki, qanuna dəyişikliklərin vacib məqamlarından biri də bir pensiyadan başqa pensiyaya keçmək hüququnun verilməsidir.

“Mövcud qanunvericiliyə görə, əlilliyə görə pensiya alanın yaşa görə pensiya almaq və yaxud yaşa görə pensiya alanın əlilliyə görə pensiya almaq hüququ yoxdur. Yəni pensiya növünün dəyişdirilməsi hazırda qanunda nəzərdə tutulmur, amma yeni tətbiq ediləcək qanunda bu qadağa aradan qaldırılacaq və vətəndaşın seçim imkanı yaranacaq ki, ya əlilliyə, ya da yaşa görə pensiya alsın”, - deyə M.Quliyev əlavə edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →