• 20:41 – Qonşu ölkədən Azərbaycana pul köçürmələri kəskin artdı 
  • 20:27 – Regionİran ABŞ-ı bu ölkəyə hücumla hədələdi 
  • 20:22 – "Barselona"nın əfsanəsi: "Messini zərərsizləşdirmək mümkün deyil" - 
  • 18:16 – 2026-cı ilin 4 avtomobili: Təhlükəsizlik mükafatı aldı - Foto 

Pelenin ölüm səbəbi açıqlanıb

Üçqat dünya çempionu Pele inkişaf etmiş xərçəng səbəbi ilə daxili orqanların çatışmazlığından ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə keçmiş idmançının yerləşdiyi San-Pauludakı Albert Eynşteyn klinikasının rəsmi bülletenində bildirilib.

“Albert Eynşteyn Klinikası Pelenin 29 dekabr tarixində saat 15:27-də (Bakı vaxtı ilə 22:27) proqressiv xərçəng fonunda çoxsaylı orqan çatışmazlığından ölməsi xəbərini acı bir şəkildə təsdiqləyir”, - məlumatda deyilir.

Qeyd edək ki, 1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. Pele karyerası ərzində 1279 qolla Ginnessin Rekordlar Kitabına düşüb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →