• 16:48 – Dünyaİran silah ehtiyatlarını gizli saxlayır - Zülfüqari 
  • 16:41 – Yeni sədr rəisi işdən azad etdi 
  • 16:38 – Saleh Məmmədov dövlətin 1 milyardını talayıb - Şok 
  • 16:35 – İran BƏƏ və Bəhreyndə sənaye müəssisələrini vurdu 

Qvardiola üçün sürpriz variant: Milli komandanı çalışadıracaq?




Qvardiola üçün sürpriz variant: Milli komandanı çalışadıracaq?

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzonu əvəz edə biləcək əsas namizədlər müəyyənləşdirilib.

Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İtaliya Futbol Federasiyası “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın namizədliyini nəzərdən keçirir.

İspaniyalı mütəxəssis cari mövsüm başa çatdıqdan sonra Premyer Liqanı tərk edə və klub futbolundan milli komandada işləməyə keçə bilər.

Digər namizədlər arasında Antonio Konte və İtaliya millisi ilə Avro-2020-ni qazanan Roberto Mançini də var. Mançini daha əvvəl federasiya rəhbərliyi ilə yaranan münaqişəyə görə postundan ayrılmışdı.

Konte variantı isə hazırda “Napoli” ilə qüvvədə olan müqaviləsinə görə az ehtimallı hesab olunur.

Xatırladaq ki, İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyib. Komanda pley-offda Bosniya və Herseqovina yığmasına penaltilər seriyasında uduzub.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →