• 20:20 – Veşoviçin “Qarabağ”la bağlı açıqlaması gündəm oldu 
  • 20:03 – Ərdoğanın Azərbaycana səfəri başa çatdı 
  • 19:58 – Şuşada İlham Əliyevin adından ECO Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib. 
  • 19:52 – Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi 

Yeniyetmə karateçilərimiz beynəlxalq turnirdə medallar qazandı 




Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinin məlumatı  FOTO


 


BAKİ-XEBERTV.AZ

Yeniyetmə karateçilərimiz beynəlxalq turnirdə medallar qazandı 

26-27 oktyabr 2024-cü il tarixlərində Rusiyanın Oryol şəhərində karate üzrə"Karat cup" beynəlxalq turnir keçirilmişdir.

Beynəlxalq turnirdə ölkəmizi Azərbaycan Karate Federasiyasının "Jaguar İdman Klubu"nun yeniyetmə karateçiləri təmsil etmişdir.  

 "Jaguar İdman Klubu"nun rəhbəri və baş məşqçisi Rüstəm Əkbərovun rəhbərliyi altında çıxış edən karateçilərimizdən  Şamo Kamilov +70 kq çəki dərəcəsində gümüş medala,  Murad Dinç  -70 kq, Bəhman Orucov  -57 kq və Sultan Səlimov  -52 kq çəki dərəcəsində şəxsi kumite yarışlarında bürünc medallara layiq görülmüşlər.

Komanda kumite yarışlarında Şamo Kamilov,  Murad Dinç, Bəhman Orucov və Sultan Səlimov bütün rəqiblərini qabaqlayaraq qızıl medallara sahib olmuşdur.

Qeyd edək ki, beynəlxalq turnirdə 5 ölkədən (Rusiya, Azərbaycan, Belarusiya, Qazaxstan və Ermənistan)  500-ə yaxın karateçi mübarizə aparıb.













Reytinq: 
  • Нравится
  • 1
Son xəbərlər
bütün xəbərlər →