• 19:43 – Zelenski İlham Əliyevə zəng etdi 
  • 19:35 – Peskov təsdiqlədi: Qarabağla bağlı gizli görüş olub! 
  • 19:07 – Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib 
  • 20:50 – ABŞ-ın ən varlı vətəndaşları: İlk sırada kimdir? 

Arvadını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini Vüsalə Hüseynovanın öldürülməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Şərur Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaq zamanı Elnur Cəfərovun arvadı Vüsalə Hüseynovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elnur Cəfərova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →