• 20:14 – Zəfər Günü İzmirdə də qeyd edildi 
  • 19:55 – “DAHA 17” SERİALININ AKTRİSASI KAMA PEKERDƏN XEBERTV.AZ ÜÇÜN EKSKLÜZİV MÜSAHİBƏ 
  • 19:47 – Gülben Ergen Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etdi 
  • 18:49 – XİN-dən 8 Noyabrla bağlı - Bəyanat 

Təhsil müəssisəsində aşkarlanmış qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, qeyd edilən məktəbdə 2022-ci ildə tədris edilməmiş dərs saatları və dərsdənkənar məşğələlərə görə əməkhaqqı ödənilməsi nəticəsində dövlət büdcəsinə ziyan vurulmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →