• 22:38 – İran 80-ci hücum dalğasını başlatdı - Haralar vurulur? 
  • 21:21 – Yaxın Şərqdəki bütün ABŞ bazaları məhv edildi - İran 
  • 21:17 – 1500 əsgər, 17 tankla Tərtərə hücuma keçdilər - General 
  • 20:47 – İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir... 

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs tutulub

İranın hüquq-mühafizə orqanları Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsi saxlayıb.

AZƏRTAC xəbər verir ki, Tasnim agentliyi bu barədə Tehranın polis idarəsinin rəisinə istinadla məlumat yayıb.

Bakı vaxtı ilə 8:30-da iki uşağı ilə diplomatik nümayəndəliyə daxil olan şəxs səfirliyin əməkdaşlarını “Kalaşnikov” avtomatı ilə atəşə tutub. Hücum nəticəsində mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki mühafizəçi isə yaralanıb.

Hücum edən şəxs dindirilmə zamanı cinayətin motivinin şəxsi və ailə problemləri ilə bağlı olduğunu bildirib. Təhqiqat davam edir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →