• 20:33 – Goranboyda son vəziyyət: operativ iclasda nə qərar verildi? 
  • 20:24 – Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi 
  • 20:22 – Qanunsuz satışa çıxarılan "arıqlama çayları" aşkarlandı 
  • 20:17 – Aparanda dəhşətli qəza: 5 nəfər öldü, 10-u yaralandı 

DİN: Ölkə ərazisində qeydə alınan 107 cinayətin açılması təmin olunub

Yanvarın 17-də ölkə ərazisində qeydə alınan 103, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarılan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 56, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 87 nəfər saxlanılıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →