• 22:25 – Zelenski Putinlə görüş üçün kömək istədi 
  • 22:18 – Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı 
  • 22:15 – Hellouin şirniyyatlarından iynə və maqnit tapıldı 
  • 22:12 – Almaniyada polislərə hücum başladı: yaralılar var 

Ötən gün ölümlə nəticələnən dörd yol-nəqliyyat hadisəsi baş verib

Yanvarın 9-da ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 40, o cümlədən borclu şəxs qismində axtarılan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən dörd yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →