• 00:30 – İran qüvvələri Oman körfəzində ABŞ esminesinə hücum edib 
  • 00:20 – Yamal zirvədə, Arda Güler 2-ci yerdə 
  • 00:18 – İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk 
  • 00:13 – Dünya çenpionu Avropa çenpionunu yarım finalda məğlub etdi 

DİN: Axtarışda olan 147 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Dekabrın 15-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 147, o cümlədən borclu şəxs qismində axtarılan 114 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, altı nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı bir fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →