• 19:28 – Təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı 
  • 19:21 – ABŞ və Rusiya neft sazişi ilə bağlı danışıqlar aparır 
  • 22:50 – 2027-ci ildə maaşlar nə qədər artacaq? 
  • 22:46 – KATY PERRY SƏHNƏYƏ AZƏRBAYCAN BAYRAĞI İLƏ ÇIXDI 

FHN: Abşeron rayonunda binada yanğın baş vermiş əraziyə texnika və canlı qüvvə cəlb olunub YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Abşeron rayonunun Məmmədli kəndində altımərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.

Əlavə məlumat veriləcək.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →