• 12:09 – Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - Video 
  • 11:59 – Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu – VİDEO 
  • 20:04 – Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert verəcək - VİDEO 
  • 18:42 – “Putinlə sazişi bağlayıb bizi çətin vəziyyətdə qoydu” 

Narkotik vasitənin təsiri altında avtobus sürən şəxs barəsində protokol tərtib edilib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları narkotik maddənin təsiri altında avtobus idarə edən Həzrətquliyev Kənan Aftandil oğlunun qanunazid əməllərinin qarşısını alıblar.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “İsuzu” markalı, 90-TV-781 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Kənan Həzrətquliyev Ekoloji Nəzarət üzrə Yol Polisi Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Onların sənədlərinin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı K.Həzrətquliyevin narkotik maddə qəbul etməsi müəyyənləşdirilib.

K.Həzrətquliyev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →