• 18:22 – İran DÇ-2026 ilə bağlı yekun qərarını açıqladı 
  • 18:10 – “Avroviziya 2026”nın qalibi həyat yoldaşı ilə gündəmə gəlib 
  • 18:54 – Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib 
  • 18:43 – Azərbaycan bu il də Avroviziya finalına çıxa bilmədi 

İmişlidə ailənin 3 üzvü öldü, 1-i isə ağır vəziyyətdədir


İmişlidə ailənin 3 üzvü öldü, 1-i isə ağır vəziyyətdədir


İmişli rayonunda bədbəxt hadisə baş verib.

XEBERTV.AZ Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, bir ailənin üç üzvü yaşadıqları evdə dəm qazından boğularaq ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

İmişli rayonunda dəm qazından zəhərlənənin şəxsin kimliyi məlum olub.

TƏBİB onun səhhəti ilə bağlı açıqlama verib.

1989-cu il təvəllüdlü şəxs (kişi cinsli) bu gün saat 21:30 radələrində dəm qazından zəhərlənmə şübhəsilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona qazdan zəhərlənmə diaqnozu təyin edilib. Hazırda yaralının müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, yaralı ailə başçısı Vaqif Azadovdur.

Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →