• 20:14 – Azərbaycanda bələdiyyələrin birləşmə prosesi başa çatdı 
  • 20:07 – Mətanətin ATASI DANIŞDI: "Qızıma deyirdi ki..." 
  • 19:59 – İlham Haqverdiyev həbs edildi 
  • 19:56 – Tramp və Putin telefon danışığı aparır 

Məşhur bloger BANK AÇIR


Dünyanın ən məşhur "YouTube blogeri" "MrBeast" (Cimmi Donaldson) "MrBeast Financial" adlı ticarət nişanının qeydiyyatı üçün müraciət edib.

XEBERTV.AZ  "Newsweek"ə istinadla xəbər verir ki, bu, onun öz bank tətbiqini yaratmaq niyyətində olduğunu göstərə bilər.

Oktyabrın 1-də təqdim olunan müraciətdə kriptovalyuta əməliyyatları, investisiya bankçılığı və kredit kartlarının buraxılması kimi funksiyaları əhatə edə biləcək mobil bank tətbiqi təsvir olunur.

Hazırda müraciət hələ təsdiqlənməyib və layihənin tam detalları məlum deyil.

ABŞ Patent və Ticarət Nişanları İdarəsinə (USPTO) təqdim olunan sənədlərə əsasən, brend bank xidmətləri, qısamüddətli nağd avanslar, kriptovalyuta mübadiləsi, investisiya idarəçiliyi, istehlak kreditləri, sığorta və maliyyə məsləhətləri ilə bağlı yüklənə bilən proqram təminatında istifadə olunacaq.

Müraciətin sahibi kimi "Beast Holdings LLC" şirkəti göstərilib. Bu addım mart ayından bəri yayılan "MrBeast"in maliyyə xidməti yaratmaq planları ilə bağlı şayiələri təsdiqləyir. Donaldson daha əvvəl "Beast Burgers" adlı fast-food restoranlar şəbəkəsi, "Feastables" şokolad brendi və "Lunchly" xidməti kimi uğurlu biznes layihələrə imza atıb.




Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →