• 21:44 – Ukraynadan Rusiyaya daha bir zərbə: "Kinjal" daşıyan MiQ-31 təyyarəsi də vuruldu 
  • 21:32 – Tramp Milli Qvardiyanı Kaliforniyadan nə zaman çıxaracağını AÇIQLADI 
  • 21:28 – İki güləşçimiz Avropa çempionatında finala yüksəldi 
  • 21:19 – İşıq, qaz “sabit tarifə” keçir: nə deməkdir və nə olacaq? 

Paşinyanın qeyri-etik paylaşımına görə araşdırma başlandı




Paşinyanın qeyri-etik paylaşımına görə araşdırma başlandı

Ermənistanın etika məsələlərinə də baxan Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ölkənin baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı təhqiramiz paylaşımı ilə bağlı araşdırmaya başlayıb.

XEBERTV.AZ  xəbər verir ki, bu barədə komissiyanın rəhbəri vəzifəsini icra edən Mariam Qalstyan bildirib.

Onun sözlərinə görə, komissiya Paşinyanın bəyanatı ilə bağlı vəkil Ara Zöhrabyanın şikayətinə baxır. İyunun 9-da prosesin başlanıb-başlamaması barədə qərar veriləcək.

Paşinyanın etik normaları pozduğuna dair qərar qəbul olunarsa, o zaman prosedura görə, o, ictimai şəkildə izahat verməli olacaq.

Xatırladaq ki, Paşinyan mayın 29-da hökumətin iclasında erməni kilsələrini zibillə dolu şkaflara bənzədib. Mayın 30-da o, "Facebook" səhifəsində arxiyepiskoplardan birini dayısının arvadı ilə cinsi əlaqədə olmaqda ittiham edib. Baş nazir daha sonra katolikosu subaylıq andını pozmaqda günahlandırıb.




Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →