• 23:14 – Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü nə vəd edir? 
  • 23:03 – 1 avro 2 manat 50 qəpikdir? - RƏSMİ AÇIQLAMA 
  • 22:58 – Husilər vurulan gəminin ekipaj heyətini qaçırdı 
  • 22:56 – Bu ölkələrdə barışığı təşviq edəcəyik - Tramp 

Orxan Hacıyev həm istedadlı həkim-terapevt, həm də vətənpərvər insandır!


BAKI-XEBERTV.AZ


Orxan Hacıyev həm istedadlı həkim-terapevt, həm də vətənpərvər insandır!

Azərbaycanın istedadlı, vətənpərvər, işgüzar və qayğıkeş övladlarından söhbət düşəndə Sabunçu Tibb Mərkəzinin Terapiya şöbəsinin müdiri Orxan Kamran oğlu Hacıyevin də adı hörmətlə çəkilir. Orxan bəy 1987-ci il mayın 23-də Bakı şəhərində ziyalı ailəsində doğulub. Azərbaycan Tibb Universitetini bitirib. İxtisasca həkim-terapevtdir. O, 2010-cu ildə ATU-nun İnternaturasını bitirdikdən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həkim-nefroloq vəzifəsində fəaliyyətə başlayıb.2019-cu ildə Müdafiə Nazirliyinin Hərbi - Həkim Komissiyasında həkim-terapevt olaraq fəaliyyətini davam etdirib. 2020-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasında xidmətini davam etdirib. II Vətən savaşı zamanı dəfələrlə ön cəbhədə ezamiyyətdə olub. 2024-cü ilin avqust ayında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin (TƏBİB) sədri Vüqar Qurbanovun əmrinə əsasən Sabunçu Tibb Mərkəzinin Terapiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Orxan bəy Sabunçu Tibb Mərkəzinin direktoru xanım Nurəngiz Bəşirova, baş həkim İlahə Şükürova və digər məsul əməkdaşlarla birlikdə xəstəxanaya müraciət edən xəstələrə düzgün diaqnoz qoyulması, onların müayinə və müalicəsi üçün əllərindən gələni əsirgəməyib. Orxan bəyin ata nənəsi Əhya Hacıyeva da ATU-nun məzunu olub və uzun müddət İnsan Anatomiyası və Tibbi Terminologiya Kafedrasında dərs deyib. Orxan həkimin atası dünyasını dəyişib, anası isə pedaqoq olaraq çalışır. Orxan Hacıyev ailəlidir, 2 qız övladı var. O, II Vətən savaşındakı fəaliyyətinə görə dövlət mükafatlarına, həmçinin, Fəxri Fərman və Təşəkkürnamərlə təltif olunub.
Mayın 23-ü Orxan Hacıyevin doğum günüdür. Biz, yüksək ailə mədəniyyətinə malik insan-Orxan Hacıyevi təbrik edir, işlərində və şəxsi həyatında uğurlar arzulayırıq.
Allah-Təala Sizin kimi istedadlı, işgüzar və Vətənini sevən insanları qorusun, Orxan bəy!

Şamil Sabiroğlu, jurnalist.
Bakı, 23.05.2025.


Reytinq: 
  • Нравится
  • 2
Son xəbərlər
bütün xəbərlər →