Söz və Mətbuat Azadlığı günü ilə əlaqədar dəyirmi masa təşkil olunub
- 06.05.2024, 19:48,
- Gündəm / Cəmiyyət
Söz və Mətbuat Azadlığı günü ilə əlaqədar dəyirmi masa təşkil olunubHər il mayın 3-ü dünyanın əksər ölkələrində Beynəlxalq Söz və MətbuatAzadlığı günü kimi qeyd olunur. Mayın 3-ü Bakıda “Royal Hotel” in aktzalında bu münasibətlə dəyirmi masa təşkil edildi. Dəyirmi masanı BakınınXətai rayonundakı 264 nömrəli məktəb - liseyin müəllimi ƏsmərMehrəliyeva açıq elan etdi. Dahi şəxsiyyət Heydər Əliyevin vəRespublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarızamanı şəhid olanların əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildi. Əsmərxanım Beynəlxalq Söz və Mətbuat Azadlığı gününə həsr edilən tədbirinictimai əhəmiyyəti barədə məlumat verdi. Eyni zamanda, qeyd etdi ki, bugünkü tədbirin təşkilatçısı “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyisədrinin müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, İctimai xadimElnur Abasovdur. Mayın 3-ü həm də Elnur bəyin doğum günüdür. Əsmərxanım tədbir iştirakçıları adından Elnur Abasovu təbrik etdi və gələcəkişlərində yeni-yeni uğurlar arzuladı. Daha sonra söz 44gunsavash.azsaytının baş redaktoru, jurnalistŞamil Sabiroğluya verildi.Şamil müəllimyenicə fəaliyyətə başlayan 44gunsavash.az saytının qarşısında duranmühüm vəzifələrdən danışdı. O, qeyd etdi ki, tədbir Beynəlxalq Söz vəMətbuat Azadlığı gününə həsr olunub. Çıxış edənlər Azərbaycanda söz vəmətbuat azadlığı barədə öz fikirlərini söyləyə bilərlər. Şamil müəllim qeydetdi ki, mayın 3-ü Ölkəmizdə həm türkçülük günü kimi qeyd olunur, həmdə dostumuz Elnur Abasovun doğum günüdür.Şamil Sabiroğlutədbirdəiştirak edən qonaqlar adından Elnur bəyi təbrik etdi və sonra sözü ElnurAbasova verdi. Elnur bəy 2020-ci il sentyabrın 27-də başlanan və 44 gündavam edən savaşın Azərbaycan xalqının qələbəsi ilə başa çatması üçünqardaşı Mövsümağa Abasovla birgə əllərindən gələn yardımı göstərdikləriniqeyd etdi. O, düşmən üzərində qazanılan qələbədə zəhməti olan hər birşəxsi salamladı, Ali Baş Komandan cənab İlham Əliyevi XXI ƏsrinQəhrəmanı adlandırdı. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədriCeyran Əzizova düşmən üzərində qazanılan tarixi qələbəyə görəAzərbaycan Prezidenti İlham Əliyevə, həmçinin, Silahlı Qüvvələrimizinşəxsi heyətinə təşəkkür etdi. Ceyran xanım Elnur Abasovun ictimaifəallığını yüksək qiymətləndirdi. Jurnalist Ekspert Mərkəzinin sədri,Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun MusaoğluÖlkəmizdə söz və mətbuat azadlığı üçün yaradılan şəraitdən bəhs etdi.Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 44gunsavash.az saytının qurucusuvə direktoru Mövsümağa Abasov Beynəlxalq Söz və Mətbuat Azadlığı günüilə əlaqədar Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarını təbrik etdi.Dedi ki, Azərbaycan həqiqətlərinin tanıdılmasında jurnalistlərin müstəsnaxidmətləri var. Azərbaycan Respublikası Sosial Rifah və Tədqiqatlar ictimaibirliyinin sədri, fact-info.az saytının baş redaktoru Əkrəm Bəydəmirli,”Bizim
yol” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bahəddin Həziyev,Əməkdar jurnalist, müharibə veteranı Əntiqə Qonaq, “Dövlət və Qanun”qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı,“Ədalət” qəzetinin xüsusimüxbiri Əntiqə Rəşid,“Mir” Dövlətlərarası TeleRadio Şirkətinin AzərbaycanMilli nümayəndəliyinin baş prodüseri Mübariz Hacılı və başqaları daAzərbaycanda fəaliyyət göstərən KİV əməkdaşlarını Beynəlxalq Söz vəMətbuat Azadlığı günü ilə əlaqədar təbrik etdilər. Elnur Abasov tədbirdəiştirak edən jurnalistlərə qiymətli hədiyyələri təqdim etdi. Daha sonratədbir çay süfrəsi arxasında davam etdirildi.Şamilə Ələkbərli.04.05.2024.










Reytinq:

- 0