• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Novruz ətri gəlir Azərbaycan diyarımdan


 


BAKI-XEBERTV.AZ

Novruz ətri gəlir Azərbaycan diyarımdan

Novruz bayramı xalqımızın əsrlər boyu qeyd etdiyi bir bayramdır.Tarixin milli mədəni dəyərlərini özündə cəmləyən bu bayram xalqın ən sevimli bayramlarından biridir.

BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i"Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur.

İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır.Bunlar Su çərşənbəsi,Od çərşənbəsi,Yel çərşənbəsi və Torpaq çərşənbəsi adlanır. Çərşənbələrin içində ən vacibi axırıncı - İlaxır çərşənbə axşamıdır.İlaxır çərşənbə qədim ənənələrlə zəngindir.İnsanlar bir birlərinə xoş arzular,ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulayır. Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər,əsasən aş,şirniyyatlardan isə paxlava, şəkərbura,şorqoğal,badambura bayram süfrəsinin bəzəyi olur.Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçada paxlava,şəkərbura,badambura,qoğal,hər ailə üzvünün adına şam yandırılır,səməni və boyadılmış yumurta qoyulur.Novruz Bayramında tonqallar qalanır,ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər

Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir.

Martın 21-də Azərbaycanımıza qədəm qoyan bu bayram münasibəti ilə mən də hər bir Vətən övladına xoş əhval-ruhiyyə,sevinc dolu günlər,bol bərəkətli süfrələr arzu edirəm.Qoy bu bayram Vətənimə,xalqıma xöşbəxtlik gətirsin!

NOVRUZ BAYRAMIMIZ MÜBARƏK!

Abasov Mövsümağa İctimai xadim
Baki şeheri: 20.03.2024

Reytinq: 
  • Нравится
  • 2
Son xəbərlər
bütün xəbərlər →