• 23:00 – İsrail ordusu "Hizbullah"ın infrastrukturuna növbəti zərbələr endirdi 
  • 22:41 – Zirəddindən "Titanik"də tapılan şərabla bağlı şok iddia... 
  • 22:04 – Belarus Prezidenti: “Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq” 
  • 21:50 – Hizbullah İsrailə rekord sayda raket atdı 

Birmənalı olaraq seçimimiz qalib xalqın qalib Lideri olan, cənab İlham Əliyevdir  



 

 BAKI-XEBERTV.AZ

Birmənalı olaraq seçimimiz qalib xalqın qalib Lideri olan, cənab İlham Əliyevdir


Məlum olduğu kimi, 7 fevral 2024-cü il ölkəmizdə Prezident seçkiləri günüdür. Sevindirici bir haldır ki, bu Prezident seçkiləri müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazilərində keçiriləcəkdir. Heç şübhəsiz ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm bütünlükdə Cənubi Qafqaz regionunda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar Prezident seçkiləri də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və işğaldan azad olunmuş bütün ərazilərimizdə şərəflə dalğalandırdı. Növbədənkənar seçkilərin keçirilməsi bütün sivil dünyada qəbul olunmuş siyasi təcrübədir. Növbəti seçkilər bəzi fövqəladə hallarda təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Seçkilərin növbədənkənar keçirilməsi ölkə vətəndaşlarının öz siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəkləri anlamına gəlir. Digər tərəfdən isə, bu seçkilər ölkə Prezidenti, cənab İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi kimi dəyərləndirilməlidir. Təbii ki, bu seçkilərdə də Azərbaycan xalqı uzun illərdən bəri həyata keçirdiyi çoxşaxəli fəaliyyəti, gərgin səyləri nəticəsində “Qarabağ Azərbaycandır!” şüarını yaradan və həyata keçirən ölkə rəhbərinin yanında olacaq, öz Prezidentinin xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində apardığı quruculuq işlərini fəal şəkildə dəstəkləyəcəkdir. Xüsusi olaraq belə bir önəmli məqamı qeyd etmək lazımdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara bərabər imkanlar yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.


             Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin uğurlu inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail olub, əhalinin sosial-iqtisadi vəziyyəti daha da yaxşılaşıb, beynəlxalq aləmdə nüfuzu daha da artıb, dövlətimiz Cənubi Qafqazın siyasi, iqtisadi mərkəzinə çevrilib. Əhalinin sosial vəziyyətinin yaxşılaşması isə, davamlı xarakter daşıyır. Vaxtaşırı olaraq şəhid ailələrinin, qazilərin, veteranların mənzil, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyev irsini qətiyyətlə davam etdirərək, Qarabağ problemini birdəfəlik həll etdi, ata vəsiyyətini, xalqına vermiş olduğu vədini yerini yetirərək, tarix yazan lider olduğunu nümayiş etdirdi. Bu gün, bütün dünya Prezident İlham Əliyevin verdiyi sözlərə istisnasız əməl edən, sözü ilə əməlinin üst-üstə düşən, sözünün dəyərli və keçərli olduğunu görən böyük siyasi xadim kimi tanıyır. Bütün şəhid ailələri, qazilər, veteranlar, həmçinin,                                                                                          Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin çoxsaylı üzvləri, onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə hər zaman öz minnətdarlıqlarını bildiriblər. Onlar bu gün də, əminliklə ifadə edirlər ki, yeganə namizədləri, məhz Qalib ölkənin Qalib Lideri olan, cənab İlham Əliyevdir.                                                        


           Bu gün, çox böyük qürur hissi ilə deyə bilərəm ki,  Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri olaraq mən, eləcə də, Cəmiyyətimizin çoxsaylı üzvləri birmənalı olaraq Ulu Öndər Heydər Əliyev irsinin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin uğurlu siyasətinin təbliğatçısıyıq. Sonda, Yeni Azərbaycan Partiyasının ilk qurucularından biri kimi, hər kəsi 7 fevral 2024-cü il ölkəmizdə keçiriləcək Prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri,  hər bir azərbaycanlıya qələbə sevincini bəxş etmiş, Yeni Azərbaycan Partiyasının namizədi olan, cənab İlham Əliyevə səs verməyə çağırıram...



Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!... Qarabağ Azərbaycandır!...



                                                                                                                               



  Hörmətlə,



                                                                                                                                Müşfiq Ənvər oğlu Əliyev



                                                                                                                                               Azərbaycan Respublikası



                                                                                                   Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri,



                                                                                Qarabağ müharibəsi veteranı, qazi.



                                                                                               BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ.



 


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →